“Outriders” üçüncü şəxs perspektivli kooperativ şuteri (third-person co-op shooter ing.) 1 aprel tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S platformaları və Stadia servisi üçün buraxıldı. Bu münasibətlə oyunun rəsmi YouTube kanalında buraxılış treyleri təqdim olunub.
“Outriders” buraxıldığı ilk saatlardan “Steam”də birinci onluğa daxil olmağı bacarıb. Belə ki, oyunda eyni anda 110 mindən yuxarı şəxs oynayıb. Hazırda da oyun PC platformasında onlayn sayına görə reytinqdə ön pillələrdə qərarlaşır.
Qeyd edək ki, oyun kross-platforminqi tam dəstəkləyir. Oyunun buraxıldığı istənilən platformadan dostlarınız və ya tanışlarınızla birlikdə oynaya bilərsiniz.