“Fortnite”da başlayacaq “Rift Tour” tədbirində Ariana Qrandenin virtual konsertinin keçiriləcəyi gözlənilir
Son bir neçə gün ərzində “Fortnite” oyununa daxil olan hər kəs, yəqin ki, lobbidə və oyun xəritəsində artıq geriyə sayımın başladığının şahidi olub. Buradakı saatlar və dəqiqələr “Fortnite” oyununda planlaşdırılan tədbirin başlamasınadək qalan zamanı göstərir.

Epic Games şirkətinin saytında verilən məlumata görə “Rift Tour” 7-9 avqust tarixlərində davam edəcək. Tədbir çərçivəsində bütün iştirakçılar müxtəlif dünyalara səyahət etmək, eləcə də, hələ ki adı rəsmi təsdiqlənməyən məşhur müğənninin konsertində iştirak etmək imkanı əldə edəcəklər. Bu günə olan məlumata görə həmin müğənninin dünyaca məşhur Ariana Qrande olduğu güman olunur. Epic Games 2 avqust tarixində tədbir barədə daha ətraflı məlumat paylaşacağını vəd edib.
