Bu dəfəki qeympley videoçarxı mütəxəssislər Pyotr “Boris” Quskovski, Vebster Makkey, Vikus “Kasper” Van Deyl və Mariya Falka həsr olunub
EA və DICE tərəfindən ərsəyə gətirilən “Battlefield 2042” oyununun növbəti qeympleyi üzə çıxıb. Tom Hendersonun YouTube kanalında paylaşdığı videoçarxda mütəxəssislər Pyotr “Boris” Quskovski, Vebster Makkey, Vikus “Kasper” Van Deyl və Mariya Falkın qeympleyindən bəzi məqamlar əks olunub. Bu videoçarx rəsmi Battlefield kanalında paylaşılmasa da, Tom Hendersonun sözlərinə görə iyun ayında keçirilən qapalı təqdimat zaman mediaya göstərilib.
Videoçarxda təqdim olunan görüntülər oyunun ilkin versiyasındandır. Oyunun hazırki mərhələdəki vəziyyəti videoçarxda əks olunan görüntülərdən kifayət qədər fərqlənir.
Əvvəllər də qeyd olunmuşdu ki, “Battlefield 2042″də hər mütəxəssisin özünəməxsus bacarıqları var. Videoçarxdakı qeympleyə nəzər salsaq, Vebster Makkeyin xüsusi ipli caynağının olduğunu, Pyotr “Boris” Quskovskinin portativ pulemyot yerləşdirə bildiyini, Mariya Falkın komanda yoldaşlarını müalicə etmək bacarığını, snayper Vikus “Kasper” Van Deylin isə dronları idarə edə bildiyini görə bilərik.
Sadalanan mütəxəssislər haqqında daha ətraflı məlumat əldə etmək üçün oyunun rəsmi səhifəsinə keçid edə bilərsiniz.