“Epic Games Store” istifadəçiləri 02.07.2022-ci il tarixinədək “BioShock: The Collection” oyun toplsunu ödənişsiz əldə edə bilərlər.
“BioShock” seriyası fanatları üçün sevindirici xəbər. Növbəti həftənin 4-cü gününədək “BioShock: The Collection” Epic Games rəqəmsal mağazasında pulsuz olacaq. Seriya ilə tanış olmayanlar üçün isə bu fürsəti qaçırmamağı və möhtəşəm oyun dünyasına səyahət etməyi tövsiyə edirik.
“BioShock: The Collection” oyun toplusudur. Buraya “BioShock”, “BioShock 2” və “BioShock Infinite” oyunları daxildir.
BioShock
2007-ci ildə 2K Games tərəfindən Vengeance Engine 2 mühərrikində ərsəyə gətirilib. Birinci şəxs perspektivli şuter janrındadır və tək nəfərlikdir.
BioShock 2
2010-cu ildə 2K Games tərəfindən Vengeance Engine 2 mühərrikində ərsəyə gətirilib. Birinci şəxs perspektivli şuter janrındadır. Həm tək nəfərlik, həm də çox nəfərlik oyun rejimlərini dəstəkləyir.
“BioShock 2” seriyanın birinci hissəsinin davamıdır.
BioShock Infinite
Irrational Games, Aspyr Media və 2K Games tərəfindən 2013-cü ildə Unreal Engine 3 mühərrikində ərsəyə gətirilib. Birinci şəxs perspektivli şuter janrındadır. Yalnız tək nəfərlik oyun rejimini dəstəkləyir.
Seriyanın əvvəlki hissələrindən fərqli olaraq “BioShock Infinite” tamamilə yeni hekayədən bəhs edir.