Yeni “Mass Effect” oyununun yaradılması prosesinin ilkin mərhələsi artıq rəsmi olaraq başlayıb.
Dünən, BioWare studiyası rəsmi bloqunda paylaşdığı məqalədə rəsmi olaraq “Mass Effect”in yaradılması prosesinin ilkin mərhələsinin başlandığını elan edib. Xatırladaq ki, əvvəllər oyunun anons olunmasına baxmayaraq, o, yalnız planda olan layihə kimi mövcud idi.
Təəssüf ki, biz yeni “Mass Effect” oyununu yalnız “Dragon Age” və “Star Wars: The Old Republic” oyunlarından sonra görə biləcəyik. Bu isə ən yaxşı halda 2024-cü ildən sonra olacaq. Buna baxmayaraq, studiyanın yeni “Mass Effect”in yaradılması üçün ilkin addımlar atması seriyanın fanatlarını sevindirməyə bilməz.