“Monarch” əməliyyatının başlaması ilə “Call of Duty: Warzone” oyununa yeni xarici görünüş elementləri və silah əlavə əlavə olunacaq. Eyni zamanda oyunçuları Qodzilla və Kinq-Konqla krossover gözləyir.
“Activision” öncə yaydığı məlumatda da qeyd etdiyi kimi, 11 may tarixində, yəni bu gün “Warzone” oyununu genişməzmunlu yeniləmə gözləyir. Anons oldunduğu kimi “Monarch” əməliyyatının başlaması ilə oyuna Qodzilla və Kinq-Konq, yeni xarici görünüş elementləri və silah əlavə olunacaq. Qeyd olunanlarla yanaşı oyunçuları yeni “Gulag” xəritəsi gözləyir. Yeni “Gulag” gəmidə olacaq.
“Monarch” əməliyyatının başlaması münasibətilə bəzi yenilikləri özündə əks etdirən xüsusi treyler təqdim olunub: