“Call of Duty” seriyasından növbəti oyunun rəsmi təqdimatı 19 avqust tarixində “Warzone”da keçiriləcək
Bir müddətdir ki, növbəti oyunu haqda qısaməzmunlu paylaşımlar edən “Activision” nəhayət ki, təqdimat tarixini də elan etdi. “Call of Duty: Vanguard” oyunu 19 avqust Bakı vaxtı ilə saat 21:30 radələrində “Warzone”da təqdim olunacaq. Bu anonsla yanaşı, yaradıcı şirkət növbəti oyununun tizerini də paylaşıb.
Oyunda hadisələr İkinci Dünya müharibəsində cərəyan edir.
Tizerin təsvir hissəsində qeyd olunub ki, təqdimatda iştirak etmək üçün təyin olunan tarixdə Verdansk döyüşünə, yəni “battle royale” rejiminə daxil olmaq lazımdır.
Join the #BattleofVerdansk and experience the worldwide reveal of Call of Duty: Vanguard
Xatırladaq ki, əvvəllər Activision yeni oyununu sosial şəbəkələrdə, həmçinin “Warzone”da da qısaca işıqlandırıb. Bu tədbirdə isə ilk dəfə oyun haqqında ətraflı məlumat veriləcəyi gözlənilir.