“Dead Space” oyununun remeyk versiyası 27 yanvar 2023-cü il tarixində PC, PlayStation 5 və Xbox Series X|S platformaları üçün buraxılacaq.
“Dead Space” oyununun remeyk versiyası üzərində çalışan Motive Studios dünən keçirdiyi canlı yayımda buraxılış tarixini açıqlayıb. Beləliklə, məşhur seriyanın birinci hissəsinin remeyk versiyasının gələn il 27 yanvar tarixində buraxılacağı planlaşdırılıb. Oyun eyni gündə PC, PS5 və Xbox Series X|S platformalarına buraxılacaq.
Canlı yayım çərçivəsində remeyk versiyasının hazırda hansı vəziyyətdə olduğu bərədə məlumat verilib və 2008-ci ildə buraxılan “Dead Space” ilə əyani surətdə müqayisə olunub.