Aktyor Norman Ridus “Death Stranding 2” oyunu haqqında müsahibə verib. Hazırda oyun danışıqlar mərhələsindədir.
Hazırda Hideo Kojimaya məxsus Kojima Productions tərəfindən ərsəyə gətirilən “Death Stranding” oyununun daha təkmil və geniş məzmunlu versiyası gündəmdədir. Xatırlayırsınızsa, “gamescom 2021” sərgisinin açılış mərasimindən əsas məqamları sizinlə paylaşarkən biz “Death Stranding Director’s Cut” oyunu haqqında da yazmışdıq.
“Death Stranding” oyununun baş qəhrəmanı Sem Porter Brices obrazını canlandıran Norman Ridus Braziliyanın film dünyasından xəbər verən “AdoroCinema” saytına müsahibə verib. Əksər insanlar bu aktyoru “The Walking Dead” serialından Deril Dikson obrazı ilə tanıyır.

“IGN” portalının Braziliya bölməsinin verdiyi məlumata görə, aktyor müsahibə zamanı yaradıcı studiyanın “Death Stranding 2” oyununun yaradılması üçün danışıqlara başlandığını bildirib.
“Düşünürəm ki, biz “Death Stranding 2″ üzərində çalışırıq. Hazırda oyun danışıqlar mərhələsindədir. Ona görə… Ura!”
Buna baxmayaraq, “Death Stranding 2” oyununun rəsmi anonsu, çox güman ki, bu ilə təsadüf etməyəcək.