“Diablo II: Resurrected” oyununda beta mərhələlərin başlaması münasibətilə 2 kinematoqrafik treyler təqdim olunub
Blizzard tərəfindən ərsəyə gətirilən “Diablo II: Resurrected” oyunu 23 sentyabr tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformalarına buraxılacaq. Yəqin ki, bu oyunun 2000-ci ildə buraxılan “Diablo II”nin remaster (təkmilləşdirilmiş azərb.) versiyası olmasından artıq məlumatlısınız. Bu barədə biz bu il keçirilən “Blizzconline” sərgisi haqda məqalə yazarkən qeyd etmişdik.
Beta-sınaq iki mərhələdə keçiriləcək:
- Oyunu öncədən sifariş edənlər üçün 13-16 avqust tarixlərində
- Açıq beta-sınaq mərhələsi 20-22 avqust tarixlərində

Hər iki mərhələ Bakı vaxtı ilə saat 21:00 radələrində başlayacaq və sonuncu gün həmin saatda da bitəcək. Unutmayın ki, 20-22 avqust tarixlərində keçiriləcək açıq beta sınaq mərhələsində hər kəs iştirak edə bilər. PC istifadəçilərinə oyunu əldə etmək üçün “Battle.net” rəqəmsal mağazasını yükləmək lazımdır.
Yaxın günlərdə başlayacaq beta mərhələlər münasibətilə Blizzard “Diablo II: Resurrected” oyununun 1-ci və 2-ci aktlarının kinematoqrafik videoçarxlarını təqdim edib.