Təxminən 10 il əvvəl buraxılması planlaşdırılan Duke Nukem Begins oyunu hələ də işıq üzü görməyib
Məşhur “Duke Nukem” seriyası oyun sənayesində uzun bir yol keçib. Seriyanın ilk hissəsi 1991-ci ildə MS-DOS sistemi üçün ərsəyə gətirilib. “Duke Nukem” haqqında sonuncu oyun isə 2016-cı il tarixində FormGen və 3D Realms tərəfindən ərsəyə gətirilən “Duke Nukem 3D” oyunudur.
Hələ 2008-ci il tarixində Gearbox Software və 3D Realms tərəfindən hazırlanmağa başlanan “Duke Nukem Begins” bugünədək müxtəlif səbəblərdən buraxılmamışdır. 2014-cü il tarixində isə Gearbox Software rəsmi olaraq “Duke Nukem” seriyasından oyun buraxmayacağını anons etmişdi.
Demək olar ki, artıq hər kəs tərəfindən unudulmuş bir oyun haqqında heç kim xəbər gözləmirdi. Beləcə dünən Janimation studiyasının keçmiş işçisi Qreqor Punkaç öz “YouTube” hesabında “Duke Nukem Begins” oyunun treylerini paylaşıb. Təəssüf ki, treylerin paylaşılmasına baxmayaraq bu oyun layihə olaraq qalaracaq.
Oyun qrafikası bugünkü tələbələrə cavab verməsə də, hazırlandığı dövrə görə ilk baxışdan təkmil həm qrafika, həm idarəetməyə görə təkmil səviyyədə olduğu nəzərə çarpır. Treylerdəki kadrlardan görünür ki, 4 nəfərlik kooperativi dəstəkləyən oyun rejimini də əlavə etmək planlaşdırılmışdı.