“A Plague Tale Innocence” və “Minit” oyunlarını 12 avqust tarixinədək Epic Games Store rəqəmsal mağazasından ödənişsiz əldə etmək olar.
Həftənin 4-cü günü gəlib çatdı və bu isə o deməkdir ki, Epic Games istifadəçilərini yeni pulsuz oyunları ilə sevindirəcək. Bu həftə 5 avqust tarixindən etibarən 12 avqustadək istifadəçilər “A Plague Tale Innocence” və “Minit” oyunlarını ödənişsiz öz oyun kolleksiyalarına əlavə edə bilərlər.
A Plague Tale Innocence
Oyun Asobo Studio və Focus Home Interactive tərəfindən 2019-cu il tarixində PC, Xbox One və PS4 platformaları üçün ərsəyə gətirilib. Hazırda “A Plague Tale Innocence” PlayStation 5, Xbox Series X|S və Nintendo Switch platformaları üçün də mövcuddur. Təknəfərlik ekşn və sağ qalma horror janrlarında olan Amisiya və Hüqonun hekayəsi 1348-ci ildə Fransada cərəyan edir.
Saytımızda oyun haqqında ətraflı məqalə mövcuddur.
Minit
Oyun 2018-ci ildə PC, PS4 və Xbox One platformaları üçün Devolver Digital tərəfindən ərsəyə gətirilib. Daha sonra isə Nintendo Switch və mobil platformalar (iOS və Android) üçün buraxılıb. “Minit” macəra janrındadır və oyun sənayesinin ilk oyunlarını xatırladır.
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasından hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda oyundaxili valyutanı (V-bucks ing.) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
Müəllif kodumuz: