Bütün Epic Games Store istifadəçiləri “Bridge Constructor: The Walking Dead” və “Ironcast” oyunlarını 15 iyul tarixinədək ödənişsiz əldə edə bilər
Ənənəvi olaraq hər həftə olduğu kimi Epic Games Store ödənişsiz payladığı oyunların adlarını açıqlayıb. 15 iyul tarixinədək bütün Epic Games Store istifadəçiləri bu imkandan yararlanaraq öz kolleksiyasına daha iki oyun əlavə edə bilərlər.
Bridge Constructor: The Walking Dead
10.11.2020-ci il tarixində ClockStone tərəfindən PC, PS4, Xbox One, Nintendo Switch və eləcə də mobil platformalar üçün ərsəyə gətirilən “Bridge Constructor: The Walking Dead” oyunu simulyasiya və strategiya janrlarındadır.
Oyunu ödənişsiz əldə etmək üçün bura keçid edin.
Ironcast
“Ironcast” oyunu ilk dəfə 26.03.2015-ci il tarixində PC, Linux və OS X platformalarına, daha sonra isə PS4, Xbox One və sonda Nintendo Switch konsollarına buraxılb. Bu oyun da strategiya janrındadır.
Oyunu ödənişsiz əldə etmək üçün bura keçid edin.
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasında hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda “V-Bucks”ları (oyundaxili valyuta) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
GGC müəllif kodu: