Obduction və Offworld Trading Company oyunlarını 22 iyul Bakı vaxtı ilə saat 20:00-dək EGS-dən ödənişsiz əldə edə bilərsiniz
Bu həftə Epic Games şirkəti öz rəqəmsal mağazasında istifadəçilərinə daha iki oyun bağışlayır. Epic Games Store istifadəçiləri 22 iyul saat 20:00-dək “Obduction” və “Offworld Trading Company” oyunlarını heç bir ödəniş etmədən öz oyun kolleksiyalarına əlavə edə bilərlər.
Obduction
Oyun Cyan Worlds tərəfindən ilk dəfə PC platforması üçün 2016-cı ildə ərsəyə gətirilib. Sonrakı illərdə macOS, PS4 və Xbox One platformaları üçün də buraxılıb. “Obduction” macəra (adventure ing.) və başsındıran (puzzle ing.) janrlarındadır.
Offworld Trading Company
Oyun 2016-cı ildə Mohawk Games tərəfindən PC və macOS platformaları üçün Unity mühərrikində ərsəyə gətirilmişdir. “Offworld Trading Company” strategiya janrındadır və həm təknəfərlik, həm də çoxnəfərlik oyun rejimlərini dəstəkləyir.
Xatırladaq ki, hazırda Azərbaycan Əyləncə və Oyun İcması Epic Games şirkətinin həmkarıdır. Epic Games Store rəqəmsal mağazasından hər hansı oyun və ya proqram təminatını, eləcə də “Fortnite” oyununda oyundaxili valyutanı (V-bucks ing.) ödəniş edib əldə edərkən bizim xüsusi müəllif kodumuzu qeyd edib icmamıza dəstək olmağı unutmayın.
Müəllif kodumuz: