EA 11 iyul tarixində Bakı vaxtı ilə saat 19:30-da FIFA 22 oyununun treylerini təqdim edəcək
Dünən Electronic Arts “FIFA 22” oyununu anons etdi. Oyunun rəsmi üzlüyündə yenidən Fransa millisinin və “Paris Saint-Germain” klubunun futbolçusu Kilian Mbappe yer alıb.
Qeyd edək ki, yeni “FIFA 22” oyunu üçün üzlükdə hansı futbolçunun əks olunacağı səsvermə əsasında təyin olunub. Ard-arda ikinci dəfədir ki bu yerə Mbappe layiq görülür.
Oyunun ilk treyleri isə 11 iyul tarixində Bakı vaxtı ilə saat 19:30-da təqdim olunacaq. İlk treylerin 1 dəqiqə 40 saniyə müddətində davam edəcəyi gözlənilir. Bu münasibətlə “EA SPORTS FIFA” YouTube kanalında artıq indidən ilk treylerin premyerasınadək geriyə sayım başlayıb.