Rol oyunu janrında “Greed Fall 2: The Dying World” anons olunub. Oyun 2024-cü ildə PC, Xbox Series X|S və PlayStation 5 platformaları üçün buraxılacaq.
Dünən, Spiders studiyası və Nacon “Greed Fall 2” oyununu anons ediblər. Eyni zamanda oyunun 2024-cü ildə PC, Xbox Series X|S və PlayStation 5 platformaları üçün buraxılacağı məlum olub.
“Greed Fall 2: The Dying World” 2019-cu ildə buraxılan “Greed Fall” oyununun davamı olacaq. Oyunda hadisələr birinci hissədən 3 il əvvəl, Qakan kontinentində cərəyan edəcək. Baş qəhrəman isə Tir-Fradi adlı yeni personaj olacaq.
Yaradıcıların sözlərinə görə oyunun qeympley mexanikası və qrafikası əvvəlki hissəyə nisbətən daha təkmil, məzmunu isə zəngin olacaq. Bununla yanaşı, onlar oyun prosesindən bir neçə görüntü təqdim ediblər.




