“Kena: Bridge of Spirits” oyununun buraxılış tarixi 21 sentyabr tarixinə təyin olunub. Yaradıcı şirkət oyunun təkmilləşdirilməsi üçün zərurət yarandığını qeyd edib.
29 iyul tarixində “Kena: Bridge of Spirits” oyununun yaradıcı studiyası Ember Lab rəsmi “Twitter” hesabında etdiyi paylaşımda oyunun bütün platformalar üçün təkmilləşdirilməyə ehtiyacı olduğunu qeyd edib.
Studiyanın sözlərinə görə bu qərarı qəbul etmək olduqca çətin olub. Onlar bütün oyunçuları biraz daha səbrli olmağa çağırır və dəstəyə görə hər kəsə təşəkkür edirlər.
Oyun haqqında daha ətraflı məlumat almaq və qeympley videosunu izləmək üçün bizim digər məqaləmizə keçid edə bilərsiniz. Bu məqalədə biz oyunun xüsusiyyətləri və hekayəsi haqqında daha ətraflı məlumat vermişik.
Xatırladaq ki, “Kena: Bridge of Spirits” oyunu PC, PS4 və PS5 platformalarına buraxılacaq.