Yaradıcı Movie Games Lunarium “Lust from Beyond” oyununun buraxılışını yeni tarixə təyin edib. Qeyd edək ki, əvvəllər oyununun buraxılış tarixi fevral ayının 25-nə nəzərdə tutulmuşdu. Hazırda oyununun rəsmi buraxılış tarixi mart ayının 11-nə təyin olunub.
Daha ətraflı məlumat üçün saytımızda “Lust from Beyond” oyunu haqqında yazılmış məqaləyə keçid edin.
Erotik məzmunlu “Lust from Beyond”-un oyunçular tərəfindən çox müsbət qarşılanması yaradıcı şirkəti belə məyus edib.

Oyun prodüseri “Steam” onlayn mağazasında buraxılış tarixinin dəyişdirilməsini öz müraciətində əsaslandırıb.
The game’s complete, but our beta tests showed that we can further optimize the code and environment. We think that if we can make it better, we should. We’ll make LfB look and run smoother on older hardware.
Onun sözlərinə görə oyun artıq tam hazır olsa belə, beta-test mərhələsi hələ oyun kodunun daha da təkmilləşdirməyə ehtiyacı olduğunu göstərdi.
Hazırda “Lust from Beyond” köhnə və zəif sistem parametrlərinə məxsus kompüterlərdə mümkün qədər daha axıcı oyun prosesini təmin etmək üçün də optimallaşdırılır.
O, əlavə edib ki, oyunun “Steam” onlayn mağazasındakı proloqları 88% və 82% reytinq qazanıb.