“No More Heroes III” oyununun yeni treyleri yadplanetli superqəhrəmanlara həsr olunub
Grasshopper Manufacture studiyası tərəfindən Unreal Engine 4 mühərrikində yalnız Nintendo Switch platforması üçün ərsəyə gətirilən “No More Heroes III” bu ayın 27-si buraxılacaq. Oyunun buraxılışına az müddət qalmış Nintendo rəsmi “YouTube” kanallarında “No More Heroes III” oyununun yeni treylerini paylaşıb. Treylerdə baş qəhrəman Trevis Taçdaunun qarşılaşacağı yeni personajlar təqdim olunub.
Mövzuya uyğun olaraq treyler “Alien Supeheroes?” adlandırılıb. Çox güman ki, buradakı sual işarəsi yadplanetlilərin özlərini superqəhrəman adlandırması ilə əlaqəlidir. Çünki, onlar Yer Kürəsini tamamilə ələ keçirmək niyyətindədirlər. Bu niyyət ilə superqəhrəman statusu isə heç uzlaşmır.
Doğma planetini genişmiqyaslı təhlükədən qorumaq üçün Trevis Taçdaun başda Jess-Baptiste VI olmaqlda 10 nəfərdən ibarət yadplanetli dəstəni məğlub etməlidir.