Oyun Xəbərləri

“GGC” – G.aze Game Community Azərbaycan Oyun Portalı
PC, PlayStation, Xbox və Nintendo Platformalarında Oyunlar haqda Ən Son Xəbərlər

2022-ci ilin may ayının ən maraqlı oyun buraxılışları – GGC SEÇİMİ

Siyahıya daxil olan oyunlar tərəfimizdən qeympley, süjet, qrafika, janr və digər xüsusiyyətlərinə, eləcə də, orijinallığına görə təhlil olunur. Biz ay ərzində artıq buraxılmış və hələ buraxılması planlaşdırılan oyunların xüsusiyyətlərini dərindən öyrənib, onlar haqqında kifayət qədər məlumat toplayıb, növbəti “seçmə oyunlar” siyahımızı sizə təqdim edirik.

“Just Die Already” və “Paradigm” 5 mayadək EGS-də pulsuz olacaq

Növbəti həftənin dördüncü gününədək Epic Games Store istifadəçiləri “Just Die Already” və “Paradigm” oyunlarını ödənişsiz əldə edə biləcəklər.

Diablo Immortal üçün sistem tələbləri açıqlanıb

“Diablo Immortal” bu il 2 iyun tarixində iOS və Android mobil platformaları üçün buraxılacaq. PC istifadəçiləri isə bu tarixdən etibarən oyunun açıq beta-test mərhələsinə qoşula biləcəklər. Təəssüf ki, PC üçün buraxılış tarixi hələ məlum deyil.

“Call of Duty”nin yeni əməliyyatçısı Snup Doq oldu

Oyun dünyasında Snup Doqun öz bioqrafiyası əks olunub. Eləcə də, o, “Executioners” əməliyyat qrupunun üzvüdür, sevdiyi silah isə PPSH-41-dir.

“XCOM 2” və “Insurmountable” oyunları 21 aprelədək EGS-də pulsuz olacaq

Növbəti həftənin dördüncü gününədək Epic Games Store istifadəçiləri “XCOM 2” və “Insurmountable” oyunlarını ödənişsiz əldə edə biləcəklər.

BioWare “Mass Effect” seriyasından növbəti oyunun yaradılmasına başlayıb

Dünən, BioWare studiyası rəsmi bloqunda paylaşdığı məqalədə rəsmi olaraq “Mass Effect”in yaradılması prosesinin ilkin mərhələsinin başlandığını elan edib. Xatırladaq ki, əvvəllər oyunun anons olunmasına baxmayaraq, o, yalnız planda olan layihə kimi mövcud idi.

“Evil Dead: The Game” oyununun yeni qeympley videoları paylaşılıb

“Evil Dead: The Game” üçüncü şəxs perspektivli çox nəfərlik qorxu, sağ qalma və şuter janrlarında olan bir oyun olacaq. Oyunun buraxılışı 13.05.2022-ci il tarixinə, PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün planlaşdırılıb.

Rogue Factor studiyası “Hell is Us” oyununu anons edib

“Hell is Us” üçüncü şəxs perspektivli ekşen janrında olacaq. Baş qəhrəman öz dronu və sehrli qılıncının köməyi ilə qarşısına çıxan varlıqlarla döyüşməli və onların gəldiyi mənbəni müəyyən etməyə çalışmalıdır.

“Halo Infinite”nin 2-ci sezonunun anons treyleri təqdim olunub

Dünən 343 Industries studiyası anons etdiyi “Lone Wolves” (Tənha Canavarlar azərb.) sezonunun anons treylerini təqdim edib. 2-ci sezonda oyuna yeni döyüş keçidi (battle pass ing.) və 2 dəst zireh əlavə olunacaq.

Sony gələn həftə oyunlar üçün abunə servisini təqdim edə bilər

“Spartacus” öz xüsusiyyətinə görə bir növ “Xbox Game Pass” servisinin Sony alternatividir. İlkin məlumata görə qiymətdən asılı olaraq servis istifadəçilərə 3 növdə abunə təqdim edəcək.