“Crossroads” kiçik və müstəqil fransız oyun studiyası “Piece of Cake” tərəfindən ərsəyə gətirilir. Buraxılış tarixi və dəstəklədiyi platformalar, hələ ki, bəlli deyil.
Dünən “Piece of Cake” studiyası növbəti oyununu anons edib. Bu ümumilikdə studiyanın ikinci oyunudur. Studiyanın ilk oyunu “Hacktag” isə 2017-ci ildə yalnız PC platforması üçün buraxılıb.
“Crossroads” oyununda hadisələr postapokaliptik dünyada, ABŞ-də cərəyan edir. Oyunun hekayəsinə əsasən yer üzündə həyatı məhv etmək istəyən bir qrup şəxs ABŞ-nin müxtəlif ştatlarında portallar açır. Həmin portallar vasitəsilə bir-birindən təhlükəli məxluqlar dünyaya basqın edir. Bu məxluqların qarşısını almaq üçün baş qəhrəman və onun döyüş yoldaşları portalları bağlamalıdırlar.
“Crossroads” oyunu həm tək nəfərlik, həm də çox nəfərlik kooperativ rejimləri dəstəkləyəcək. Oyunun buraxılış tarixi və hansı platformalara buraxılacağı barədə heç bir məlumat yoxdur.