Əvvəllər “PUBG” adı ilə tanınan oyun artıq rəsmi olaraq “PUBG: Battlegrounds” adlandırıldı
2017-ci il tarixində buraxılan ən məşhur “battle royale” oyunlarından biri “PlayerUnknown’s Battlegrounds” artıq rəsmi olaraq “PUBG: Battlegrounds” adlanır. Yaradıcı şirkət adı dəyişdirərkən heç bir anons etməsə də, bu məqam oyun xəbərlərini aktiv izləyən şəxslərin və xarici KİV-in nəzərindən yayınmayıb.
“Игромания” saytında yazılan məlumata görə “PUBG: Battlegrounds” oyunun ərsəyə gətirilməsində əlaqəli olan Krafton şirkətinin nümayəndələri ad dəyişikliyi haqda məlumatı “PC Gamer” ilə müsahibədə təsdiqləyiblər.

Maraqlısı isə odur ki, əvvəllər oyunun tam adı “PlayerUnknown’s Battlegrounds” olsa belə həm rəsmi, həm də oyunçular tərəfindən qısaca “PUBG” olaraq adlandırılırdı. “PUBG” hər kəs tərəfindən oyunun tam adının bir abreviaturu kimi qəbul olunmuşdu. Hazırki dəyişiklik isə bir çoxlarında çaşqınlıq yaradıb. Belə ki, əvvəlki məntiqə əsaslansaq oyunun tam adı hazırda “PlayerUnknown’s Battlegrounds: Battlegrounds” kimi səslənir.
Bütün bunlara baxmayaraq Krafton bu addımların oyunun gələcək inkişaf ilə əlaqəli olduğunu vurğulayıb.