Yaradıcı şirkət GSC Game World oyunun Unreal Engine 5 mühərrikində ərsəyə gətirildiyini elan edib
“S.T.A.L.K.E.R. 2: Heart of Chernobyl” 2007-ci ildə Ukrayna oyun studiyası GSC Game World tərəfindən ərsəyə gətirilən məşhur “S.T.A.L.K.E.R.” seriyasına daxildir. Oyunun süjeti haqda təfərrüatlar məlum olmasa da, hadisələr birinci hissədə olduğu kimi postapokaliptik Çernobıl şəhərində cərəyan edəcək. Oyun dünyasında 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra, 2006-cı ildə həmin ərazidə daha bir dəhşətli qəza baş verir. Nəticədə radiasiya uğramış xeyli mutantlar meydana gəlir.
Anons oldunduğu gündən bəri GSC Game World oyunun xüsusiyyətləri haqda açıqlama verməyə tələsmir. Yalnız bir neçə gün bundan əvvəl – 11 avqust tarixində şirkət rəsmi “Twitter” hesabında “S.T.A.L.K.E.R. 2: Heart of Chernobyl” oyununun Unreal Engine 5 oyun mühərrikində ərsəyə gətirilməsi barədə məlumat verib.
Xatırladaq ki, oyun 28 aprel 2022-ci il tarixində PC və Xbox Series X|S platformalarına buraxılacaq. Gələcəkdə bu tarixin dəyişəcəyi də istisna olunmur.
Hələ ki, “S.T.A.L.K.E.R. 2: Heart of Chernobyl” oyunu “Fortnite” oyunundan sonra Unreal Engine 5 mühərrikinə anons olunan ikinci oyundur. “Fortnite” oyununun bu ilin sentyabr ayında artıq UE5 mühərrikinə keçiriləcəyi planlaşdırılır.