11 sentyabradək PC istifadəçiləri Ubisoft Connect rəqəmsal mağazasından Far Cry 3 oyununu ödənişsiz əldə edə bilərlər
Payız fəslinin gəlişi ilə Ubisoft öz rəqəmsal mağazasında bir çox oyunlarına endirim edir. Payız endirimləri kampaniyası çərçivəsində 22 sentyabr tarixinədək “Ubisoft Store”dan 80%-dək endirimlərlə müxtəlif oyunlar əldə etmək olar. Tam siyahını rəqəmsal mağazanın rəsmi saytına keçid edərək görə bilərsiniz.
Endirimlərlə yanaşı yalnız PC platforması üçün seriyanın əfsanəvi hissələrindən biri olan “Far Cry 3” oyunu pulsuz paylanır. PC sahibləri 11 sentyabr tarixinədək sözügedən platforma üçün nəzərdə tutulmuş “Ubisoft Connect” (əvvəlki “Uplay”) vasitəsilə oyunu öz kolleksiyalarına əlavə edə bilərlər.
Buradan keçid edərək, şəxsi Ubisoft hesabınıza daxil olub oyunu dərhal əldə edə bilərsiniz.