Növbəti həftənin dördüncü gününədək Epic Games Store istifadəçiləri “XCOM 2” və “Insurmountable” oyunlarını ödənişsiz əldə edə biləcəklər.
XCOM 2
Oyun Firaxis Games və 2K Games tərəfindən 2016-cı ildə PC, PS4 və Xbox One platformaları üçün, daha sonra 2020-ci ildə Nintendo Switch platforması üçün ərsəyə gətirilib.
“XCOM 2” həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyən taktiki rol oyunu və strategiya janrlarındadır.
Insurmountable
Oyun ByteRockers’ Games və Daedalic Games tərəfindən 2021-ci ildə PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün ərsəyə gətirilib.
“Insurmountable” alpinist simulyasiyasıdır və taktiki strategiya, macəra janrlarında olan tək nəfərlik “indi” oyundur.
Gələn həftə isə “Riverbond” və “Amnesia: Rebirth” oyunlarını pulsuz əldə etmək olacaq.