Dragon Pack adlı DLC özündə yeni tapşırıq və bir neçə geyim elementlərini ehtiva edir. Əlavə məzmunu artıq Steam onlayn oyun mağazasından əldə etmək mümkündür.
2013-cü ildə buraxılan “Payday 2” quldurluq simulyatorudur. Bu günədək on minlərlə oyunçu üçün bu janrda əvəzolunmaz çoxnəfərlik oyun olan “Payday 2” yaradıcıları tərəfindən hələ də yeni məzmunla dəstəklənir.

Dövrümüzdə mövcud olan digər oyunlarla müqayisədə “Payday 2” qrafika baxımından geriləmiş olsa da, dinamikası və əyləncəli atmosferi ilə heç də geridə qalmır. Buraxıldığı tarixdən 9 il ötsə belə yenilənməyə davam edən oyun əyani surətdə ona olan tələbatı nümayiş etdirir.
Dragon Pack əlavə oyun məzmunu oyunçulara yeni tapşırıq və geyim elementlərini təqdim edir.
Yeni tapşırığa əsasən bir qrup oyunçu San-Fransisko şəhərində yerləşən Çin şəhərciyindən qızıl əjdaha heykəlini oğurlamalıdırlar.
Əlavə məzmunda təqdim olunan geyim elementlərinə gəldikdə isə, buraya:
2 dəst geyim, 4 cüt əlcək və 4 maska daxildir.
“Payday 2: Dragon Pack” əlavə məzmununu Steam onlayn oyun mağazasından cəmi 4.69 ABŞ dollarına əldə edə bilərsiniz.
“Payday 2: Dragon Pack” əlavə məzmununun qeympley treylerini təqdim edirik: