Bu dəfə “State of Play” 30 aprel tarixində Bakı vaxtı ilə 01:00 radələrində başlayacaq
Təqdimatı gözləyənlər onu canlı yayımda “PlayStation”ın Twitch və YouTube kanallarında izləyə bilərlər. Artıq YouTube kanalında canlı yayım səhifəsinə keçid etmək mümkündür. Qarşıdan gələn “State of Play” təqdimatı orada yalnız bir cümlə ilə izah olunur.
This Thursday, feast your eyes on more than 15 minutes of new Ratchet & Clank: Rift Apart footage, plus a quick look at a pair of upcoming indie titles.
Təqdimatda üstünlük əsasən “Ratchet & Clank: Rift Apart” oyununa veriləcək. Belə ki, oyunun 15 dəqiqəlik qeympleyi təqdim olunacaq. Bununla yanaşı iki “indi” janrında olan oyuna vaxt ayrılacaq.
Hazırda sözügedən iki oyunun adı bəlli deyil. Çox güman ki, biz bunu 3 gün sonra elə təqdimat zamanı biləcəyik.
30 aprel tarixinə təyin olunan “State of Play” haqqında təfərrüatlar bəlli olmasa da müxtəlif xarici KİV-lərin verdiyi məlumata görə təqdimat zamanı “Horizon Forbidden West”, “Resident Evil Village”, “GhostWire: Tokyo” və “Returnal” kimi gözlənilən oyunlara da vaxt ayrıla bilər. Lakin bu məlumata ümidlənməyə dəyməz. Düşünürük ki, adları çəkilən oyunlardan heç birinə vaxt ayrılmayacaq.