“PlayStation x UEFA Champions League” adlanan videoçarxda PlayStation platforması oyunlarının qəhrəmanları futbol stadionuna gəlirlər
Yəqin ki, futbol izləyərkən meydançanın kənarında yerləşən reklam lövhələrində PlayStation reklamlarını görmüsünüz. Bunun səbəbi isə PlayStation brendinin UEFA Çempionlar Liqasının rəsmi sponsoru olmasıdır.
Az öncə PlayStation rəsmi YouTube kanalında “PlayStation x UEFA Champions League” adlı videoçarx paylaşıb. Videoçarxda platformanın tanınmış oyun personajları futbol stadionuna gəlirlər. Belə ki, “God of War” oyunundan Kratos və Atreus futbolçularla birgə meydançaya çıxır, “Horizon” seriyasından Eloy baş məşqçinin yanında oyun sxemini planlaşdırır, “Ratchet & Clank” seriyasından baş qəhrəmanlar meydançaya teleportasiya edərək zədələnmiş futbolçunu meydançadan kənarlaşdırır, “Uncharted” oyunundan Natan Dreyk isə stadionun üzərindən baş verənləri seyr edir.