İyul ayı PS Plus abunəliyində “Uncharted: The Lost Legacy”, “WRC 9” və “A Plague Tale: Innocence” oyunları paylanılacaq
Qeyd edək ki, bu dəfə PS Plus abunəliyində paylanılacaq oyunların adları vaxtından əvvəl şəbəkəyə sızıb. PlayStation şirkətinin bu barədə 30 iyun tarixində rəsmi anons edəcəyi gözlənilir.
Uncharted: The Lost Legacy
Naughty Dog tərəfindən ərsəyə gətirilən oyun 2017-ci ildə PlayStation 4 platformasına buraxılıb.
WRC 9
“WRC 9” Kylotonn tərəfindən 2020-ci ildə ərsəyə gətirilib. Oyun PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformalarına buraxılıb.
A Plague Tale: Innocence
Asobo Studio tərəfindən ərsəyə gətirilən “A Plague Tale: Innocence” oyunu 2019-cu ildə PC, PS4 və Xbox One, 2021-ci ildə isə Nintendo Switch, PS5 və Xbox Series X|S platformalarına buraxılıb.