PlayerUnknown’s Battlegrounds (PUBG) oyun seriyasından olan və mobil platformalar üçün nəzərdə tutulan “PUBG: New State” bu il ərzində buraxılacaq. Oyun Android və iOS – hər iki platformanın mağazalarına əlavə olunacaq.

“PUBG: New State”-də hadisələr 2051-ci ildə cərəyan edəcək. Oyunda xeyli sayda futuristik xarici görünüşə malik yeni silah, sursat, nəqliyyat vasitələri və digər texnologiyalar olacaq. Oyun xəritəsinin 8×8 km ölçüdədir və “Troi” adlanır.
PlayerUnknown’s Battlegrounds rəsmi YouTube hesabında paylaşdığı videonun adını “Pre-Registration” qoyub. Yəni, məzmundan artıq bəlli olur ki, öncədən qeydiyyat açıq elan olunub.
PUBG: New State mobil oyununun öncədən qeydiyyat treylerini Sizə təqdim edirik: