“Qara Adəm” filminin premyerası 29.07.2022-ci il tarixinə təyin olunub
DC komikslərinin məşhur personajı “Qara Adəm” (Black Adam ing.) obrazı eyniadlı filmdə Hollivud aktyoru Dueyn Conson tərəfindən canlandırılır. Komikslərdən əsasən mənfi obraz kimi tanınan Qara Adəm filmdə anti-qəhrəman kimi təqdim olunacaq. Ədəbiyyatda “anti-qəhrəman” anlayışı mənfi cəhətləri üstünlük təşkil edən qəhrəman deməkdir.
“Qara Adəm” filminin çəkilişlərinin artıq bu ilin aprel ayından etibarən başlanacağı planlaşdırılır. Rejissorluq kürsüsü Jaume Kolyet-Serraya həvalə olunub. Filmin premyera tarixi ABŞ-ın Nуu-York şəhərində Tayms-Skverdə təntənəli şəkildə anons olunub.
Tayms-Skverdən həvəskar videoçəkilişi təqdim edirik:
“Qara Adəm” filminin premyerası rəsmi olaraq 29.07.2022-ci il tarixinə təyin olunsa da, pandemiya gələcəkdə bu tarixi dəyişə bilər.