Epic Games və Marvel studiyasının əməkdaşlığı davam edir
Epic Games rəsmi saytında “Fortnite” oyununa Marvel komikslərinin superqəhrəmanı olan Qarışqa-adamın (Ant-man ing.) xarici görünüşünün əlavə olunduğu barədə məlumat yayıb. Bu gündən etibarən xarici görünüşü oyundaxili mağazadan əldə etmək olar.

Qarışqa-adam xarici görünüşü ilə yanaşı oyuna “diş çubuğu” və bel aksesuarı – “Ant-tonio” adlı qarışqa əlavə olunub.
Eyni zamanda “Fortine”-da yeni aksiya elan olunub. Aksiya “Fortoqrafiya: Qarışqa boyda şəkillər” (Fortography: Ant-sized imagery ing.) adlanır. Şərtlər isə çox sadədir. Oyunda olduğunuz zaman öz personajınızın şəklini elə perspektivdən çəkməlisiniz ki, o, ətrafında olan obyektlərə nisbətən kiçik görünsün. Bundan sonra şəkili #Fortography həşteqi ilə şəxsi Twitter hesabınızda paylaşmağınız kifayət edir.