Yaradıcı və istehsalçı şirkət Ubisoft 2015-ci ildən müxtəlif yeniləmələrlə dəstəklədiyi “Rainbow Six Siege” oyununu diqqətdən kənarda qoymaq fikrində deyil. Artıq oyundan illik abunə haqqı ləğv olunaraq yalnız döyüş keçidi (battle pass ing.) saxlanılır. Döyüş keçidi sistemi hazırda bir çox oyunlarda tətbiq olunduğundan artıq mahiyyəti hər kəsə məlumdur. Bilməyənlər üçün isə qısa məzmunda və mümkün qədər başa düşüləcək dildə izah edirik:
Döyüş keçidi ödənişli olur və oyun daxilində olan məzmunu genişləndirir. Belə ki, döyüş keçidi vasitəsilə oyundan asılı olaraq, siz müxtəlif sınaqlardan keçib tapşırıqlar yerinə yetirərək əlavə bonuslar qazanırsınız.
“Rainbow Six Siege” oyununda döyüş keçidini əldə etmək üçün oyundaxili pul vahidi olan kreditlərdən istifadə etməlisiniz. Hər sezon üçün döyüş keçidinin qiyməyi 1200 kreditdir.
Bütün bunlarla yanaşı “Rainbow Six Siege” yeni loqo və posterini təqdim edib. Yeni loqonun ideyası və yaradılması üzərində şirkət işçilərinin çoxlu əməyinın olması danılmazdır. Bu tamamilə yeni bir səviyyədir!



Bu il ərzində “Rainbow Six Siege” oyunçularını 4 yeni əməliyyat və bir o qədər də yeni əməliyyatçı, eləcə də yeni oyun məkanları gözləyir.