“Ratchet & Clank: Rift Apart” PlayStation 5 platforması üçün Insomniac Games tərəfindən ərsəyə gətirilən növbəti eksklüziv oyundur.”Ratchet & Clank: Rift Apart” 2020-ci ilin iyun ayında anons olunub. Sony nəhayət ki, oyunun buraxılış tarixi barədə dəqiq məlumatı paylaşıb.
“Ratchet & Clank: Rift Apart” oyunu 11.06.2021-ci il tarixdə yalnız PlayStation 5 platforması üçün buraxılacaq.
Oyun platformer və şuter (shooter .ing) janrlarındadır, təknəfərlik oyun üçün nəzərdə tutulub və üçüncü şəxs görüntülüdür (third-person view ing.).
“Ratchet & Clank: Rift Apart” oyununun “Digital Deluxe” versiyasını alanları bəzi bonuslar gözləyir:
• Xüsusi CARBONOX zireh
• PIXELIZER silahı
• 5 fərqli zireh dəsti
• Foto çəkiliş modu üçün stiker dəsti
• 20 Raritanium (qiymətli mineral)
• Rəqəmsal trek
• Rəqəmsal incəsənət kitabçası

Oyunun standart versiyasının qiyməti 69.99$, Digital Deluxe versiyasının qiyməti isə 79.99$ təşkil edir.

Ratchet & Clank: Rift Apart oyununun treylerini Sizə təqdim edirik: