Ratchet & Clank: Rift Apart 11 iyun tarixində yalnız PlayStation 5 konsolu üçün buraxılacaq
Insomniac tərəfindən ərsəyə gətirilən üçüncü şəxs perspektivli şuter (third-person view shooter ing.) və ekşen (action ing.) platformer janrlarında olan “Ratchet & Clank: Rift Apart” oyununun yeni videoçarxı təqdim olunub. Bu gün “PlayStation”ın rəsmi YouTube kanalında paylaşılan qeympley treyleri özündə oyunun süjetindən bəzi məqamları da ehtiva edir.
Xatırladaq ki, bu oyun haqqında yazdığımız əvvəlki məqalədə biz “Digital Deluxe” versiyasının üstünlüklərini qeyd etmişdik.

Oyunda hadisələr bir neçə alternativ kainatda cərəyan edir. Baş mənfi obraz seriyanın əvvəlki hissələrindən tanınan Doktor Nefariusdur (Dr. Nefarious .ing). O, həyat forması olaraq humanoid robotdur. Bu dəfə dünyada mövcud olan bütün canlıları məhv etmək üçün Nefarius öz kainatında güclərini səfərbər edir. Baş qəhrəmanlar “Ratchet” və “Rivet” ona mane olmalı və dünyanı xilas etməlidirlər.

Qeyd edək ki, ikinci baş qəhrəman Rivet ilk dəfə məhz bu oyunda meydana gəlir. O, Nefariusun yaratdığı rejimə qarşı vuruşan üsyançı və döyüşçüdür.
Ratchet & Clank: Rift Apart oyununun yeni qeympley treylerini təqdim edirik: