Remedy tərəfindən ərsəyə gətirilən “Alan Wake” oyununun növbəti hissəsini Epic Games buraxacaq
Bu barədə jurnalist Ceff Qrab “Twitch”də canlı yayım zamanı məlumat verib. Onun sözlərinə görə Remedy “Alan Wake” oyununun növbəti hissəsinin (Alan Wake 2) üzərində Epic Games ilə birlikdə çalışır. O, qeyd edir ki, növbəti hissənin buraxılması üçün bir neçə istehsalçı şirkət müraciət edib, lakin ən yaxşı təklif Epic Games şirkətindən gəlib. Oyunun nə vaxt anons olunacağı barədə hazırda heç bir məlumat olmasa belə, bunun tezliklə baş verəcəyi gözlənilir.

Xatırladaq ki, “Alan Wake” oyunu ilk dəfə 2010-cu ildə Xbox platforması üçün buraxılmışdı. Sonradan 2012-ci ildə oyun PC platformasına da buraxılıb.
Deyilənə görə Epic Games oyunun bütün xərclərini öz üzərinə götürüb. Əldə olunan gəlir isə Remedy ilə yarıya bölünəcək. Belə olduğu halda, Remedy-nin verdiyi qərar tamamilə başadüşüləndir.
Hər bir halda əgər siz “Alan Wake” oynamamısınızsa indi bunun tam vaxtıdır. Oyun, həqiqətən də, maraqlı süjetə kampaniyasına və qeympleyə malikdir.
Birinci Alan Wake oyunun qeympley videosunu sizinlə paylaşırıq: