“Resident Evil Showcase” Bakı vaxtı ilə 16 aprel tarixində yayımlandı. Capcom “Resident Evil” seriyasına həsr etdiyi şouda əsasən “Resident Evil Village” oyunundan bəhs olunsa da, Capcom digər layihələri ilə əlaqədar da maraqlı məlumatlarla bölüşdü.
“Resident Evil Showcase”dən qısa başlıqlar
• “Resident Evil Village” oyununun yeni treyleri
• “Resident Evil Village” demo versiya barədə ətraflı məlumat
• “Resident Evil Village” oyununda “Mercenaries” (Muzdlular azərb.) rejimi
• “Resident Evil İnfinite Darkness” animasiyalı serialının yeni treyleri
• “Daed by Daylight”da “Resident Evil” ilə bağlı yeni fəsil
• “Resident Evil 4 VR” oyunundan görüntülər
“Resident Evil Village” oyununun yeni treyleri
Sayca “Resident Evil Village” oyununa həsr olunmuş 4-cü treyleri oyundan yeni görüntülərlə zəngindir. Xatırladaq ki, oyun 7 may 2021-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S və Stadia platformaları üçün buraxılacaq.
“Resident Evil Village” demo versiya barədə ətraflı məlumat
Capcom oyunun demo versiyasını mərhələli şəkildə buraxmağı planlaşdırır. Demo ardıcıl olaraq 18, 25 aprel və 2 may tarixlərində buraxılacaq. Bu istiqamətdə əsas bonuslar PlayStation konsollarının payına düşür. Belə ki, PS4 və PS5 konsol sahibləri artıq 18 və 25 aprel tarixlərində oyunun demo versiyasını yükləyə biləcəklər. 18 aprel tarixində buraxılan demo özündə “Kənd”i, 25 aprel tarixində buraxılan isə “Qəsr”i ehtiva edəcək. 2 may demosu isə 60 dəqiqəlik oyun prosesindən ibarət olacaq və bütün platformalara buraxılacaq.

“Resident Evil Village” oyununda “Mercenaries” (Muzdlular azərb.) rejimi
“Muzdlular” rejimi oyunda mövcud olan əlavə məzmundur. Bu rejimdə məhdud zaman çərçivəsində mərhələli qaydada mümkün qədər çox xal toplayaraq tapşırıqları yerinə yetirmək lazımdır.
“Resident Evil İnfinite Darkness” animasiyalı serialının yeni treyleri
“Resident Evil” seriyasına həsr olunmuş animasiyalı serial Netflix tərəfindən ərsəyə gətirilir. Serialın premyerası bu ilin iyul ayında baş tutacaq.
“Daed by Daylight”da “Resident Evil” ilə bağlı yeni fəsil
“Dead by Daylight” yaradıcıları “Resident Evil” oyun seriyasının 25 illiyi münasibətilə oyunda seriyaya həsr olunmuş xüsusi fəslin başlanacağını elan ediblər. Yeni fəslə iyun ayında start veriləcək.
“Resident Evil 4 VR” oyunundan görüntülər
Treylerdən aydın olur ki, oyunda olan yeganə dəyişiklik onun VR-a uyğunlaşdırılmasıdır. Ətraflı məlumat 21 aprel tarixində “Facebook”un təqdimetmə mərasimində veriləcək.
Resident Evil Showcase tam formatda: