RE: Village oyununun yeni video görüntüləri qeympleyi daha ətraflı təsvir edir
Yayılan qeympley videosunu izlədikdə oyunun hələ tam hazır olmadığı və ya çəkilişin hələ hazır olmadığı dövrə aid olması aydın olur. Ümumilikdə bu 17 dəqiqəlik video oyun haqqında bəzi təsəvvürlər formalaşdırmağa imkan verir. Beləliklə oyunda baş qəhrəmanın “RE 7” oyunundakı İtan olduğu artıq məlumdur və bizə ilk öncə onunla olan qeympley təqdim olunur. Bu arada hətta Ledi Dimitreskunun transformasiyasını da izləmiş oluruq. Sonradan “Resident Evil” oyun seriyasının əsas personajlarından biri olan Kris Redfildlə əlaqədar qısa qeympley səhnələri təqdim olunur. Bununla da artıq biz onun “RE: Village”-də oynanıla biləcək personajlardan biri olduğunu anlayırıq.
Videonun sonunlarında isə oyun haqqında bəzi məlumatlar verilir. Bu məlumatların dəqiqliyi təsdiqlənməyib. Qeyd olunanlar həqiqəti qismən əks etdirə və ya tamamilə həqiqətə uyğun olmaya bilər.
Məlumatın qısa məzmunu aşağıdakılardan ibarətdir:
Diqqət! Mətnin bu hissəsindən etibarən spoyler (spoiler ing.) xarakterli (məzmunun müəyyən hissəsi barədə əsas məqamları açıqlayan məlumatlar) məlumatlar başlayır.
Kris Redfild

• Kris Redfildin mənfi obraz deyil
• Kris Redfild “BSAA” qurumunu tərk edib
• Onun da baş antaqonist Ledi Dimitreskunu öldürmək fikri var
• Oyunun başlanğıcında Kris Redfildin atəş açdığı şəxs Mia deyil
• Oyunun başlanğıcında və süjet xəttinin yarısından sonra Kris Redfildlə oynayacağıq
İtan Vinters

• Oyunun birinci yarısını bizə İtanla oynamaq imkanı yaradılacaq
• İtanın baş antaqonistlə qarşılaşması nəticəsində onun sonrakı taleyi bizə açıqlanmayacaq (Çünki, bu andan etibarən biz Kris Redfildlə oynamağa başlayacağıq)
• İtan bir də baş mənfi obrazla sonuncu döyüş zamanı qayıdır və bu döyüş zamanı biz onunla oynasaq da, o, sonda həlak olur. Son sözləri ilə, o, Krisdən qızı Rozanın qayğısına qalmasını xahiş edir.
Mia Vinters

• Oyunda Mianın taleyi bir qədər qaranlıqdır
• Mianın taleyinin hər hansısa bir seçimə bağlı ola biləcəyi güman edilir
• Oyunun başlanğıcında Mia artıq Miranda tərəfindən qaçırılmışdı
• Oyun daxilində “Kris və Mianın helikopterlə qaçışı” adlı qısagörüntü olsa da, belə bir görüntüyə oyun sonluğunda rast gəlinmir
Və, əlbəttə ki, sözügedən qeympley videosunu bizim teleqram kanalımıza BURADAN keçid edərək izləyə bilərsiniz