Yeni treyleri oyundakı Atropos dünyasının təsviri ilə yanaşı qeympley görüntülərini də əks etdirir
Housemarque tərəfindən yeni nəsil konsol PlayStation 5 üçün ərsəyə gətirilən “Returnal” oyunu 30 aprel tarixində buraxılacaq.
Oyun 3-cü şəxs görüntüsündə olan şuter (shooter ing.) janrındadır. Oyunçunun idarə etdiyi personaj kosmik gəmisi qəzaya uğrayan qadındır. Süjetə görə, o, kosmik gəmisi qəzaya uğradıqdan sonra çox aqressiv bir planetdə zaman dövranı tələsinə düşür. Belə ki, oyun prosesi zamanı, o, ölərsə, oyun yenidən, lakin artıq bir qədər fərqli ətraf mühitlə və şərtlərlə yenidən başlayır. Bu zaman proqres olduğu kimi qalsa belə, oyunçu oyuna başladığı yerdən davam etmək məcburiyyətində qalır.
Belə bir konsepsiya sizə tanış gəlirmi?
Gəlmirsə, sizin üçün bir misal çəkə bilərik.
Baş rolda aktyor Tom Kruz olan “Edge of Tomorrow” filmini izləmisinizsə, film və oyundakı baş qəhrəmanların oxşar talehi bölüşdüyünü müşahidə edə bilərsiniz.
Və nəhayət ki, sözügedən Atropos adlı dünyanın əyani təsvirini ehtiva edən videoçarxı Sizə təqdim edirik: