“Ron’s Gone Wrong” cizgi filminin premyerası bu ilin 21 oktyabr tarixinə təyin olunub
Yeniyetmə və robotun dostluğundan bəhs edən “Ron’s Gone Wrong” cizgi filmi 20th Century Studios tərəfindən ərsəyə gətirilir. Cizgi filmin baş qəhrəmanı Barni adlı yeniyetmədir. Barninin bütün tanışları və ətrafı yeni buraxılan köməkçi-robot B*bot ilə birlikdə vaxtlarını şən keçirirlər. Lakin Barninin belə robotu olmadığından, o, özünü onların arasında tənha hiss edir.
Bir gün atası Barniyə Ron adlı B*botu ad günü hədiyyəsi edir. O, bu hədiyyəyə sevinsə də, çox keçmədən onun nasaz olduğunu aşkar edir.

Lakin baş qəhrəman təslim olmur və həyat haqqında bildiyi hər şeyi yeni dostu Rona öyrədəcəyinə qərar verir.
Ron’s Gone Wrong cizgi filminin treylerini təqdim edirik: