Əvvəllər yalnız PC platforması üçün buraxılmış sağqalma simulyatoru (survival simulator ing.) olan “Rust” oyununu nəhayət ki, konsol sahibləri də oynaya biləcəklər. Oyunun istehsalçı şirkəti Double Even tərəfindən verilən məlumata görə “Rust” artıq yaz aylarında PS4 və Xbox One konsolları üçün buraxılacaq.
Hazırda oyunun konsol versiyalarının qapalı beta-testi keçirilir. Qapalı beta-test mart ayının 29-u tarixinədək davam edəcək.
“Rust” artıq köhnə nəsil sayılan PS4 və Xbox One konsolları üçün buraxılsa da, yeni nəsil konsollarda da geriyə uyğunluq (backward compatibility ing.) funksiyası hesabına oyunu oynamaq mümkün olacaq.