Microsoft 13 yanvaradək Xbox Game Pass servisinə əlavə olunacaq oyunların adlarını açıqlayıb
Xbox konsolunun rəsmi saytında yaxın günlər ərzində Xbox Game Pass servisinə əlavə olunacaq oyunların siyahısı paylaşılıb. 6 və 13 yanvar tarixlərində servisə aşağıdakı oyunlar əlavə olunacaq:
- Embr – 6 yanvar
- Mass Effect Legendary Edition – 6 yanvar
- Outer Wilds – 6 yanvar
- The Anacrusis – 12 yanvar
- Spelunky 2 – 12 yanvar
Qeyd edək ki, abunəçilər bu tarixlərdən etibarən həm Xbox, həm də PC platformalarında sadalanan oyunları oynaya biləcəklər.