Yeni əməliyyat sayca “Gears 5” oyununda 6-cıdır. Hələ ki, əməliyyata xüsusi bir ad verilmədiyindən elə “6-cı əməliyyat” adlanır.
6-cı əməliyyat özü ilə “Gears 5” oyununa 3 yeni, lakin oyun seriyasından hər kəsin tanıdığı personaj (Viktor Hoffman, Kraliça Reyna və Fanatik Çəyirtkə (Locust Zealot ing.), yeni oyun xəritəsi və bonuslar gətirəcək.
Bu arada “zealot” sözü bizim dilə tərcümədə qeyrət demək imiş. Tərcümə gülünc alınmasın deyə (Qeyrətli Çəyirtkə) “Locust Zealot” personajı rus dilli mənbələrdən tərcümə olunub.

“Gears 5” oyununa 6-cı əməliyyatla əlavə olunacaq yeniliklər barədə rəsmi mənbədə daha ətraflı məlumat verilir.
Oyunun PvP / PvE məzmununda olan əsas yeniliklərə “Control” adlı qarşılaşma (versus ing.) və yeni “Escape from Kadar” adlı rejimlər daxildir.
Gears 5 oyununda başlanacaq 6-cı əməliyyatın treylerini təqdim edirik: