19 mart tarixindən Dinsey+ servisində yayımlanacaq “Şahin və Qış Əsgəri” serialının son treyleri təqdim olundu
Bu artıq sayca Marvel studiyasının Disney+ servisində yayımlanacaq 2-ci serialıdır. Daha əvvəl yayımlanan və Marvel Kinemotoqrafiya Kainatı (bundan sonra MKK) ilə sıx bağlı olan “VandaVijn” serialı haqqında ətraflı məqalə yazmışdıq.
19 mart tarixindən etibarən yayımlanacaq “Şahin və Qış Əsgəri” (The Falcon and the Winter Soldier ing.) daxil olmaqla, ümumiyyətlə Marvel studiyası tərəfindən planlaşdırılmış gələcək layihələrin də böyük əksəriyyəti MKK ilə əlaqəli olacaq.

MKK filmlərində olduğu kimi Şahin rolunu Sem Uilson obrazında aktyor Entoni Maki, Qış Əsgəri rolunu isə Baki Barns obrazında aktyor Sebastian Sten canlandırır.
Hal-hazırda serialı hər hansı bir formada dəyərləndirmək çətindir. Lakin, sual edirsinizsə bu serialda sizi nə gözləyir?! Cavabı bizdən:
Xeyli ekşen, ən azı bir kameo və rejissorun sözlərinə görə digər “sürprizlər”.
Yuxarıda qeyd etdiyimiz “xeyli ekşen”dən seçmələri isə elə son treylerdən izləmək olar: