Yenicə istifadəyə verilən Samsung Galaxy Fold-da kobud nasazlıqlar aşkar olunub…
Aprel ayının 6-sı satışa buraxılan Samsung Galaxy Fold ilk qatlanan mobil telefon oldu. Beləliklə, bu mobil telefon qatlanaraq iki fərqli displeydən ibarət olur ki, bu da cihazın bir anda bir neçə işi yerinə yetirmək üçün nəzərdə tutulan funksiyasını təkmilləşdirir. Ümumi displey ölçüsü 2152×1536 (16:10) olan bu mobil telefonda aşkar olunan ilk nasazlıqlar elə displeylə əlaqədar olub. Belə ki, bəzi alıcılar bu növ nasazlıqların mobil telefonun artıq 2 gün istifadəsindən sonra özünü büruzə verdiyini qeyd edir.