Qeympley treyleri təqdim olunan yeni görüntülərlə yanaşı oyunun süjetindən bəhs edir
Polşa oyun studiyası CI Games tərəfindən ərsəyə gətirilən “Sniper Ghost Warrior Contracts 2” oyunu “Sniper: Ghost Warrior” seriyasına daxildir. Adından bəlli olduğu kimi, oyun müqavilə əsasında sifarişli qətlləri icra edən döyüşçüdən (oyunda idarə olunan personaj) bəhs edir. Treylerdə verilən məlumata görə “Sniper Ghost Warrior Contracts 2”də hadisələr yaxın şərqdə yerləşən xəyali Kuamar dövlətində cərəyan edir.

Süjetə görə
Yaxın şərqdə yerləşən Kuamar dövlətini qəddar diktator Ömər Əl-Bəkr və arvadı Bibi Rəşidə idarə edir. Dövlət bu rejimdən artıq 20 ildir ki, əziyyət çəkir. Qəddar rejimə son qoymaq və başlanmaq üzrə olan müharibənin qarşısını almaq vəzifəsi snayperçi muzdlu Reyvenin üzərinə düşür. Bu hədəfə çatmaq üçün Reyven mümkün olan bütün vasitələrdən istifadə etməlidir.
Oyun 4 iyun tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X/S platformaları üçün buraxılacaq.
Sniper Ghost Warrior Contracts 2 oyununun qeympley treylerini təqdim edirik: