Film “Sonic The Hedgehog 2” adlanacaq və 08.04.2020-ci il tarixində buraxılacaq
Məhşur SEGA qəhrəmanı göy rəngli kirpi yadınızdadır? Bəli, söhbət Sonic-dən gedir. Keçən il birmənalı qarşılanmayan “Sonic the Hedgehog” filmi yenidən – artıq filmin davamı ilə geri dönür. “Sonic the Hedgehog 2” filminin adı və buraxılış tarixi filmin rəsmi “Twitter” hesabında paylaşılıb.
Görünür film şirkəti yeni filmin adı üzərində çalışmaqdansa loqotipi təkmilləşdirməyə üstünlük verib. Sözsüz ki, loqodakı “2” rəqəminin quyruqlarından anlamaq olar ki, filmdə “Sonic” dünyasından başqa bir personaj olan Tails da kifayət qədər yer alacaq.

Film haqqında gəzən şayələrdən biri də odur ki, aktyor Ceyson Mamoaya Knuckles personajını filmdə səsləndirmək təklif olunub. Bu xəbər təsdiq olunmasa da, “Sonic the Hedgehog 2” filmində Knuckles personajını görəcəyimizə ümid verir.
