Sony növbəti “State of Play” mərasimini onlayn formatda 26.02.2021-ci il tarixində keçirdi
Son “State of Play”-dən qısa başlıqlar:
- Yeni nəsil üçün təkmilləşdirilmiş “Crash Bandicoot 4: It’s About Time” oyununun treyleri
- “Returnal” – süjet və qeympley treyleri
- “Knockout City” – qeympley treyleri
- “Sifu” oyununun anonsu
- “Solar Ash” – qeympley treyleri
- “Five Nights at Freddy’s: Security Breach” – qeympley treyleri
- “Oddworld: Soulstorm” oyununun imkanları barədə videoçarx
- “Kena: Bridge of Spirits” – yeni treyler
- “Deathloop” – qeympley treyleri
- “Final Fantasy VII Remake” – PS5 konsoluna inteqrasiya treyleri
Yeni nəsil üçün təkmilləşdirilmiş “Crash Bandicoot 4: It’s About Time” oyununun treyleri
“Crash Bandicoot 4: It’s About Time” oyunu 16.10.2020-ci ildə PlayStation və Xbox konsolları üçün buraxılmışdı. Mərasim çərçivəsində təqdim olunan treyler oyunun yeni nəsil PlayStation 5 konsolu üçün təkmilləşdirilməsinin əyani təsvirini və xüsusiyyətlərini özündə ehtiva edirdi.
Yaradıcıların sözlərinə görə PlayStation 5 üçün oyun tam optimallaşdırılaraq 60 FPS, 4K görüntü ölçüsü, yeni DualSense qeympadlarının triqqer vibrasiya və 3D audio effektlərini dəstəkləyəcək.
Oyun yeni nəsil PlayStation və Xbox konsolları üçün 12.03.2021-ci ildə buraxılacaq.
Crash Bandicoot 4: It’s About Time oyununun “State of Play” treyleri
“Returnal” – süjet və qeympley treyleri
“Returnal” oyunu haqqında saytımızda yerləşdirilən digər məqalədə bir qədər məlumat vermişik.
Yeni treyler özündə əsasən oyunun qeympleyinin xüsusiyyətlərini əks etdirir.
Returnal oyununun “State of Play” mərasimindən qeympley treylerini Sizə təqdim edirik:
“Knockout City” – qeympley treyleri
“Knockout City” oyunu ekşen (action ing.) janrındadır və çoxnəfərlik oyun üçün nəzərdə tutulub. Oyun qeympleyi xüsusi top vasitəsilə rəqib oyunçuları vurmaqdan və sizin istiqamətdə hərəkət edən topdan yayınmaqdan ibarətdir. Oyunda müxtəlif xüsusiyyətlərə malik olan toplar var.
“Knockout City” bu ilin may ayının 21-i tarixində PC, PS4 / PS5, Xbox one / Xbox Series X/S və Nintendo Switch platformaları üçün buraxılacaq.
Oyunun “State of Play” mərasimindən qeympley treyleri:
“Sifu” oyununun anonsu
“Sifu” mərasimdən yeganə əvvəllər məlum olmayan oyunun anonsu oldu. Oyun döyüş janrındadır. Döyüş prosesi zamanı isə şərq döyüş növlərindən istifadə olunur. İl ərzində PS5 və PS4 üçün buraxılacağı gözlənilir.
Sifu oyununun “State of Play” anons treylerini Sizə təqdim edirik:
“Solar Ash” – qeympley treyleri
Oyun il ərzində PC və PS4 / PS5 platformaları üçün buraxılacaq.
Solar Ash oyununun “State of Play” mərsimindən ilk qeympley treylerini Sizə təqdim edirik:
“Five Nights at Freddy’s: Security Breach” – qeympley treyleri
Mərasim çərçivəsində dəqiq buraxılış tarixi elan olunmayan növbəti oyun. Hələ ki, il ərzində PC və PS4 / PS5 platformaları üçün buraxılacağı gözlənilir. Oyun sağqalma və qorxu (survival horror ing.) janrında olacaq. Təqdim olunan treyleri isə PS5 konsolunda qeympleyi əyani təsvir edir.
Five Nights at Freddy’s: Security Breach oyununun “State of Play” mərasimindən qeympley treylerini Sizə təqdim edirik:
“Oddworld: Soulstorm” oyununun imkanları barədə videoçarx
“Oddworld: Soulstorm” oyunu demək olar ki, 3D ölçüyə tam yaxınlaşdırılmış platformerdir. Oyun prosesi zamanı oyunçu müxtəlif tapmacalar və çətin oyun səviyyələri ilə üzləşəcək. Bütün bu maneələri dəf etmək üçün oyunçunun arsenalında zəngin qeympley elementləri var. Xüsusilə PlayStation 5 konsolunda DualSense qeympadının taktil vibrasiya funksiyası ilə idarə olunan personajın oyun prosesi zamanı stress vəziyyətində ürək döyüntülərini hiss etmək olar.
Oddworld: Soulstorm – “State of Play” mərasimindən videoçarx:
“Kena: Bridge of Spirits” – yeni treyler
Oyun ilk baxışdan kifayət qədər cazibədar görünür. Mərasim çərçivəsində növbəti və daha geniş məzmun treyler təqdim olundu. Oyun 24 avqust 2021-ci il tarixində PC, PS4 / PS5 platformaları üçün buraxılacaq. Artıq öncədən sifariş etmək mümkündür.
Kena: Bridge of Spirits oyununun “State of Play” mərasimindən yeni treylerini Sizə təqdim edirik:
“Deathloop” – qeympley treyleri
Oyun birinci şəxs görüntülü şuter (shooter ing.) janrındadır. Buraxılışı PC və PS5 platformaları üçün 21 may 2021-ci il tarixinə nəzərdə tutulub.
Deathloop oyununun “State of Play” qeympley treylerini Sizə təqdim edirik:
“Final Fantasy VII Remake” – PS5 konsoluna inteqrasiya treyleri
Və nəhayət ki, sonda PlayStation 5 konsoluna təkmilləşdirilərək yenidən buraxılacaq “Final Fantasy VII Remake” oyunu. PlayStation 4 konsolunda oyunu artıq almış şəxslər öz yeni nəsil konsollarında “Final Fantasy VII Remake” oyununu heç bir ödəniş etmədən əldə edə biləcəklər. Əlavə olaraq oyun məzmununa Yuffi adlı personajla oynamaq imkanı əlavə olunub. Bu isə mərasim çərçivəsində növbəti anons oldu. Lakin, bu məzmuna giriş əldə etmək üçün əlavə ödəniş etmək lazım olacaq.
Final Fantasy VII Remake oyununun “State of Play” mərasimindən PS5 konsoluna inteqrasiya treylerini Sizə təqdim edirik:
Bu isə Yuffi adlı personajla oynamaq imkanın oyuna əlavə olunmasına həsr olunmuş anons treyleri: