07.04.2020-ci il tarixində Sony şirkəti yeni nəsil PlayStation 5 konsolları üçün “DualSense” adlı qeympadı təqdim edib. Oyun kontrolleri yeni funksiyalarla yanaşı dizayn cəhətdən də dəyişib.
“DualSense” qeympadının xüsusiyyətləri aşağıdakı kimidir:
• USB Type-C dəstəkləyir
• Səsli danışıq üçün quraşdırılmış mikrofon
• Şarj üçün akkumlyator
• PlayStation loqosu formasında düyməcik
• Yeni “Create” (Yaratmaq) düyməsi
• Qulaqcıqlar üçün nəzərdə tutulmuş 3,5mm giriş
• İşıqlandırma artıq qeympadın sensor panelinin yanlarında yerləşir
“DualSense” qeympadının şəkillərini Sizə təqdim edirik:
Şəkillərdən də göründüyü kimi dizayn cəhətdən dəyişən və yeni ad alan DualSense (əvvəllər DualShock) Sony şirkətinin rəsmi məlumatına əsasən iki – ağ və qara rənglərdə buraxılacaq.