Housemarque studiyası artıq PlayStation Studios tərkibində fəaliyyət göstərəcək
Bu barədə məlumatı Sony şirkəti rəsmi PlayStation bloqunda paylaşıb. Xatırlayırsınızsa, Housemarque studiyası aprel ayının sonlarında yalnız PlayStation 5 konsolu üçün “Returnal” oyununu ərsəyə gətirmişdi. Oyun proqresinin yadda saxlanılması ilə əlaqədar kifayət qədər nasazlıqlar olsa belə, “Returnal” bu il PS5 üçün ən yaxşı yeni nəsil oyunlarından biri olaraq qalır.

Studiyanın Sony şirkəti tərəfindən hansı qiymətə alındığı məlum deyil. Hər iki – PlayStation Studios və Housemarque başçılarının sözlərinə görə onlar bu birləşmənin tərəfdarıdırlar. Studiyanın Sony daxilində daha da böyüyəcəyi və inkişaf edəcəyi gözlənilir.
Housemarque həmçinin Resogun, Nex Machina və Matterfall oyunlarının müəllifidir.